Ürək dağlayan hadisə - Avtomobilin altında gizlənən uşaq təkərlərin altında əzildi
17.10.2020 21:53
406
Siyasət
A
Ürək dağlayan hadisə - Avtomobilin altında gizlənən uşaq təkərlərin altında əzildi
Aspindzada avtomobilin altına gizlənən iki yaşlarında bir uşaq maşının hərəkəti nəticəsində əzilib. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata əsasən, azyaşlı sürücü və avtomobilin yaxınlığında olan digər şəxslərdən xəbərsiz avtomobilin altına gizlənib, avtomobil hərəkətə başladıqda isə uşağın üstündən keçərək onu əzib. DİN-dan verilən məlumatda hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin insan ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaqa başlanıldığı qeyd olunub.
ŞƏRH YAZ
3