Ərdoğan milyonlarla insanın gözlədiyi açıqlamanı etdi - Tam 405 milyard...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə yeni qaz ehtiyatının aşkarlandığını açıqlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə lideri Recep Tayyip Erdoğan açıqlama yayıb.
“Bizim gəmimiz ilk qaz yatağının tapılmasından sonra işini davam etdirdi. Yeni tədqiqatlar zamanı daha 85 milyard kub metr qaz ehtiyatı tapılıb”, - deyə R.Erdoğan bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, yatağın ümumi həcmi 405 milyard kub metr təşkil edir.
Türkiyə 2023-cü ildən yatağın istismarına başlamağı planlaşdırır.