Sarticala Muğanlıdan Azərbaycana dəstək aksiyası
17.10.2020 22:39
2723
Hadisə
A
Sarticala Muğanlıdan Azərbaycana dəstək aksiyası
Bu gün - 17 oktyabr Sarticala Muğanlı kəndinin gəncləri Azərbaycana dəstək aksiyası keçiriblər. Aktual.ge xəbər verir ki, dünyanın dört bir tərəfindən Azərbaycana və Azərbaycan Silahlı Qüvvələrinə keçirilən dəstək aksiyaları davam edir. Busəfər isə Gürcüstanın Qardabani rayonunun Sarticala Muğanlı kəndindəki fəal gənclər Azərbaycana dəstək aksiyası keçirib. Belə ki, həyata keçirilən aksiya-yürüşündə Azərbaycan, Türkiyə, Turan və Gürcüstan bayraqları qaldırılıb. Aksiyada başda Füzuli olmaqla işğaldan azad olunan torpaqların şərəfinə coşğulu Azərbaycana sevinc şuarları səslənib. Muğanlı gəncləri sivil əhaliyə hücum edən Ermənistanı qınayıblar və Gəncədə baş verən faciədən dolayı üzgünlüklərini şüarlarla dilə gətiriblər. Aksiyanın təşkilatçıları aksiya-yürüşü barədə saytımıza bunu deyiblər: "Qarabağ Azərbaycandır, bütün torpaqlar işğaldan azad olunana qədər Gürcüstanda yaşan Azərbaycan türkləri, Sarticala Muğanli xalqı, gənclərinin ürəyi, duası, dəstəyi daim Azərbaycanladır! Sizinlə qurur duyur Muğanlının hər bir nəfəri, bizə tam daddır zəfəri, Azərbaycan Əsgəri! İrəli, İrəli..."
ŞƏRH YAZ
0