Türkiyə son bir ayda 107 terrorçu zərərsizləşdirib
Son bir ay ərzində Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatlar zamanı 107 terrorçu zərərsizləşdirilib.
Aktual.ge xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, terrorçulardan 46-sı ölkə sərhədləri daxilində, 61-i isə Türkiyə xaricində zərərsizləşdirilib.