Xarici iş adamlarının Gürcüstana səfərinə icazə verilib
08.07.2020 11:45
789
Siyasət
A
Xarici iş adamlarının Gürcüstana səfərinə icazə verilib
Gürcüstan işgüzar məqsədlə ölkəyə gələcək bütün xarici iş adamlarını qəbul edəcək. Aktual.ge Report-a istinadla xəbər verir ki, bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani brifinqdə bildirib. O deyib ki, bu qərar iqtisadi fəaliyyətin təşviqi məqsədi daşıyır. Müşavirin sözlərinə görə, ölkəyə gələcək biznesmenlər xüsusi formanı doldurmalı olacaqlar: “Xarici vətəndaşlar COVID-19-la bağlı hər 72 saatdan bir test olunmalı və ya 14 günlük məcburi karantinə alınmalıdırlar. Hər iki halda bütün xərcləri iş adamları öz hesablarına ödəməli olacaqlar”.
ŞƏRH YAZ
1