2023-cü il ərzində Gürcüstanda doğulan və ölənlərin sayı açıqlanıb
28.03.2024 12:12
416
Siyasət
A
2023-cü il ərzində Gürcüstanda doğulan və ölənlərin sayı açıqlanıb

2023-cü ildə Gürcüstanda diri doğulan uşaqların sayı 40 214 uşaq, o cümlədən 21 010 oğlan və 19 204 qız təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.

Sakstatın məlumatına görə, bu göstərici əvvəlki illə müqayisədə 5,0% azalıb.

2023-cü ildə ən yüksək doğuş göstəricisi Tbilisidə (13 697  uşaq), ən aşağı doğuş göstərici isə Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində (226 uşaq) qeydə alınıb.

“2023-cü ildə 2022-ci illə müqayisədə diri doğulanların ümumi sayında ilk  doğulanların payı 39,1%-dən 37,7%-ə qədər azalıb, ikinci uşağın payı demək olar ki, dəyişməz olaraq 33,6%-ə, üçüncü və sonrakı ardıcıllıqla doğulanların payı isə 26,6%-dən 27,5%-ə yüksəlib. 2023-cü ildə ilk övladını dünyaya gətirən ananın orta yaşı 26,7 yaş müəyyən edilib”, - deyə məlumatda deyilir.

2023-cü ildə 2022-ci illə müqayisədə ölənlərin sayı 13,0 faiz azalaraq 42 756 ədəd təşkil edib. Ən çox ölüm halı Tbilisidə (12 229nəfər), ən az isə Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində (580 nəfər) qeydə alınıb.

“2023-ci ilin məlumatlarına görə, körpə ölümü əmsalı (hər 1000 diri doğulana 1 yaşa qədər ölənlərin sayı) 8,2 promil təşkil edib. 2023-ci ildə 5 yaşadək uşaqların ölüm səviyyəsi (hər 1000 diri doğulana) 9,5 promil təşkil edib.

2023-cü ildə Gürcüstanda mənfi təbii artım (diri doğulanların və ölənlərin sayı arasındakı fərq) qeydə alınıb və -2 542 vahid müəyyən edilib. Bundan başqa, Tbilisi, Acarıstan Muxtar Respublikası və Kvemo Kartli bölgəsi istisna olmaqla, bütün regionlarda mənfi təbii artım qeydə alınıb",-məlumatında qeyd olunub.

 

 

ŞƏRH YAZ
1