Manreuli rayon Araflı kəndində baş verənlərlə bağlı son gəlişmələr - Ailə başçısından EXCLUSİV AÇIQLAMA (FOTO)
17.07.2020 21:53
1868
Hadisə
A
Manreuli rayon Araflı kəndində baş verənlərlə bağlı son gəlişmələr - Ailə başçısından EXCLUSİV AÇIQLAMA (FOTO)
"Qardaşım ailə məsələlərinə görə həpisdədir. Mən bu gün qardaşımı girov qarşılığında çıxardacaqdım. Mənə ümüd veriblər ki, get qardaşını çıxart amma mənə bildirmədən mənim evimə yoxlayışa gəliblər". Bu sözləri Aktual.ge xəbər portalına müsahibəsində bir neçə saat bundan əvvəl "Narkotik maddə və ya başqa bir vasitə" yerləşdirməyə çalışdıqları iddia edilən ailənin başçısı Qabil Əliyev söyləyib. Q.Əliyev hadisənin təfərrüatını belə açıqlayıb: "Mənə bildirmədən mənim evimi axtarışa gəliblər, əssasız olaraq dedilər ki, evinizdə silah var. Zorakılıqla evimizə girdilər heç bir sənədləri olmadan, həmin sənədi sonradan tərcüməçiyə oxutduq heç bir əsası yox idi. Zorakılıqla evə girdilər, qadınlarıda itələdilər. Anam hazırda çox pis vəziyyətdədir, gəlinimizi iflic (Insult - red) oldu. Qurana and olsun zorakılıqla girdilər bizim evə. Qonşular şahiddir. Mənim qardaşımın günahı nədir, mənim ailəmin günahı nədir?. Bacımın barmağını qırıblar, obiri bacıma qolundan çəkib atıblar, maksimum hədə qorxu gəliblər, bu necə bir hökumətdi? gəlsin indi hökumət mənim anamla gəlnimizi sağaltsın". Qeyd edək ki, məsələylə bağlı hələki aidiyyatı qurumlardan heç rəsmi açıqlama verilməyib. Hadisə yerinə Araflı kəndinin bir çox sakinləri toplaşıb eləcə də hadisə yerinə təcili yardım çağırılıb.
ŞƏRH YAZ
4