Prezident:
18.04.2024 14:22
328
Siyasət
A
Prezident: "Seçkilərin mövzusu Rusiya və ya Avropa olacaq"

"Bu il ki, seçkilərin mövzusu olacaq: Rusiya, yoxsa Avropa, mən şübhə etmirəm ki, Gürcüstan hansı seçimi edəcək".

Aktual.ge xəbər verir ki, bunu Prezident Salome Zurabişvili  CNN-ə müsahibəsində deyib.

Dövlət başçısı bir daha "Xarici agent" kimi bilinən qanun layihəsini tənqid edib və Tbilisidə keçirilən kütləvi nümayişlərə münasibət bildirib:

“Aydın olan odur ki, Gürcüstan cəmiyyəti heç vaxt Rusiyayönümlü hökumətin öz hökuməti olaraq qalmasına imkan verməyəcək, çünki o, Gürcüstanın bütün tarixi boyu həmişə etdiyi ekzistensial seçimə ziddir və dəyişməyəcək.

Zorakılıq səhnələrinin olacağını düşünmürəm, düşünürəm ki, cəmiyyət çox dincdir – son üç gündə gördüyümüz kütləvi, dinc də olsa, çoxlu gəncin rəqs etdiyi və mahnı oxuduğu nümayişlərdir. Əminəm ki, belə də davam edəcək.

Bu tendensiyadır və strategiyaya çevrilməlidir və növbəti seçkilərə yönəlməlidir. Biz artıq bu ölkədə radikal həll yollarının olmasını istəmirik, bu ölkə sabit qalmalıdır və Avropaya gedən yolda seçkilərdə qalib gəlməliyik. Bu, seçkilərin mövzusu olacaq: Rusiya, yoxsa Avropa və mən şübhə etmirəm ki, Gürcüstan hansı seçimi edəcək”, - Salome Zurabişvili qeyd edib.

ŞƏRH YAZ
0