Növbəti aksiya elan edildi
18.04.2024 16:08
516
Siyasət
A
Növbəti aksiya elan edildi

Vətəndaşlar bu gün, aprelin 18-i saat 19:00-da Parlament yaxınlığında "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı növbəti etiraz aksiyası keçirəcəklər.

Aktual.ge xəbər verir ki, bu barədə aksiyanın təşkilatçıları məlumat yayıb.

Məlumat üçün bildirək ki, "Xarici təsirin şəffaflığı" qanun layihəsi xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və mediaların xüsusi reyestrdə qeydiyyatdan keçməsini və illik bəyannamələr doldurmasını tələb edir.

Qanun layihəsi daha iki oxunuşda qəbul olunmalıdır. İkinci oxunuşda layihənin maddə-maddə müzakirəsi və əlavələr edilməsi, üçüncü oxunuşda isə qanunun mətninə redaksiya xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yalnız üçüncü oxunuşda qəbul edildikdən sonra layihə imzalanmaq üçün Gürcüstan Prezidentinə göndəriləcək.

Qeyd edək ki, Gürcüstan müxalifəti qanun layihəsini dəstəkləmir və bir neçə gündür paytaxt Tbilisidə etiraz aksiyaları keçirilir. Prezident Salome Zurabişvili daha əvvəl bəyan edib ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olduğu təqdirdə veto qoyacaq.

 

ŞƏRH YAZ
1