Rəsmi Kiyev:
18.04.2024 19:25
360
Siyasət
A
Rəsmi Kiyev: "Gürcüstan üçün əsl təhlükə “ukraynalaşma” deyil, ruslaşmadır"

İrakli Kobaxidzenin ölkəmizin adından alçaldıcı kontekstdə istifadə etməsi Gürcüstan-Ukrayna münasibətlərinə daha da xələl gətirir, Gürcüstan üçün əsl təhlükə “ukraynalaşma” deyil, ruslaşmadır.

Aktual.ge xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Gürcüstanda baş verənlərə münasibət bildirdiyi bəyanatda deyilir.

Ukrayna XİN Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxılması ilə bağlı daxili siyasi vəziyyətin gərginləşməsindən narahatlığını bildirib.

“Biz bütün maraqlı tərəfləri Gürcüstan vətəndaşlarının dinc etiraz etmək hüququna hörmətlə yanaşmağa və konstruktiv dialoq yolu ilə vəziyyətin həllini axtarmağa çağırırıq. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, habelə vətəndaş cəmiyyətinin sosial əhəmiyyətli məsələlərin həllinə cəlb edilməsi ölkənin Avropa gələcəyinin qurulması üçün zəruri şərtdir" , - qeyd olunub.

Rəsmi Kiyevdən qeyd olunub ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qanun layihəsinin əleyhinə yönəldiyi iddia edilən “ukraynalaşma” təhlükəsi ilə bağlı açıqlamaları hiddət doğurur.

“İrakli Kobaxidzenin ölkəmizin adından alçaldıcı kontekstdə istifadə etməsi Gürcüstan-Ukrayna münasibətlərinə daha da xələl gətirir, Gürcüstan üçün əsl təhlükə “ukraynalaşma” deyil, ruslaşmadır. Ukrayna Gürcüstanda sülh və dostluq mühitində maraqlıdır, Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü hər zaman qəti şəkildə dəstəkləyib və dəstəkləməkdə davam edir”, - Ukrayna XİN-in bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, 17 aprel tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bəyan edib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilk növbədə Gürcüstanı ukraynalaşmadan qorumaq, onun suverenliyini gücləndirmək və sabit inkişaf məqsədi daşıyır.

ŞƏRH YAZ
2