
Kateqoriyalar
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 19 aprel tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.
Aktual.ge xəbər verir ki, bu barədə “Energo-Pro Georgia” məlumat yayıb.
Məlumata görə, sabah saat 12:00-dan 15:00-a kimi Marneuli bələdiyyəsinin Sadaxlı, Şaumyan,Qaçaqan, Ağməmmədli, Qasımlı, Keşəli, Alget, Sabirkənd kəndlərində və Yağlıca qəsəbəsində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.