Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür
18.04.2024 21:05
208
Siyasət
A
Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür

Gürcüstanın bu ilin sonunda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq perspektivi var və “xarici təsir” qanunu məhz buna qarşı mübarizə aparır.

Aktual.ge xəbər verir ki, bunu Prezident Salome Zurabişvili Fransa telekanalına müsahibəsində deyib.

O, qanun layihəsinin Moskvanın maraqlarına cavab verdiyini, hakim partiyanın ölkənin Avropa İttifaqı yoluna zidd olan bir sıra digər qanunla da qəbul etdiyini qeyd edib.

“Bu qanun Rusiya yönümlü qanun deyil, Rusiya qanunudur. Bu Prezident Putin tərəfindən qəbul edilmiş qanunun eynisidir”, - Zurabişvili deyib.

Prezident bu il oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin ölkənin Avropa gələcəyi üçün həlledici olacağını qeyd edib.

ŞƏRH YAZ
1