Gürcüstanda torpaq sürüşməsi baş verdi
18.04.2024 21:10
608
Siyasət
A
Gürcüstanda torpaq sürüşməsi baş verdi

Gürcüstanın qərbində, Zuqdudi-Djavari-Mestia-Lasdili avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə avtomagistral tam bağlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.

Bildirilir ki, hazırda yolun təmizlənməsi və avtomobillərin hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

Torpaq sürüşməsinin daha hansı fəsadlar törətməsi barədə məlumat verilmir.

ŞƏRH YAZ
8