Kateqoriyalar
"Gürcü Arzusu" partiyasının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı 19 aprel tarixində də etiraz aksiyası keçirilib.
Aktual.ge xəbər verir ki, kortəbii aksiyanın iştirakçısı olan tələbələr Rustaveli prospektini bağlayıblar.
Bundan əvvəl nümayişçilə əllərində Gürcüstan və Avropa bayraqları ilə "Yaşasın Gürcüstan", "Rus qanununa yox!" Şüarları səsləndirərək Parlament binasının ərazisindən hökumət administrasiyasına, daha sonra “Gürcü Arzusu”nun ofisinə doğru yürüş edərək, oradan təktar qanunverici orqanın önünı qayıdıblar.
Bu günkü aksiyanın təşkilatçısı "Dafion” tələbə hərəkatıdır.