Spiker: “Molotov kokteyli” atmaq Avropa dəyərlərinə uyğundur?
19.04.2024 01:44
335
Siyasət
A
Spiker: “Molotov kokteyli” atmaq Avropa dəyərlərinə uyğundur?

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili qatıldığı teleproqramda bir neçə Avropa deputatının “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı birgə bəyanatına münasibət və bunu sinizm (Həyasızlıq - Red.) adlandırıb.

Aktual.ge xəbər verir ki, qanunverici orqanın sədri deyib:

“Bu gün mən Avropa Parlamentinin deputatlarının bəyanatını gördüm - bu artıq sinizmdir. Onlar Avropa Demokratiya Fondunun (EED) idarə heyətində otururlar və idarə heyətinin başçılarıdırlar. Biz bilirik ki, bu qurum birbaşa “Sirşviliya”nı maliyyələşdirirdi. Əgər “Molotov kokteyli” kampaniyasını maliyyələşdirirlərsə, sonra bunu gizlədirlər, sonra kinlə çıxıb bəyanatlar verirlər ki, bu, Avropa dəyərlərinə uyğun deyil, mən üzr istəyirəm, “Molotov kokteyli” atmaq Avropa dəyərlərinə uyğundur?! ", - Şalva Papuaşvili sual edib.

Məlumat üçün bildirək ki, Parlament aprelin 29-da keçiriləcək iclas həftəsində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşunu həyata keçirəcək.

ŞƏRH YAZ
14