Gürcüstan gündəminin əsas mövzusu olan
19.04.2024 12:52
447
Siyasət
A
Gürcüstan gündəminin əsas mövzusu olan "Xarici Təsirin Şəffaflığı" haqqında QANUN LAYİHƏSİ NƏDİR?

Hakim “Gürcü Arzusu” fraksiyası aprelin 8-də "Xarici təsirin şəffaflığı haqqında" qanunlayihəsini Parlamentdə qeydə alıb, 17 aprel tarixində qanunverici orqan birinci oxunuşda sözügedən qanun layihəsini qəbul edib. Hazırda həmin qanun layihəsi Gürcüstanın əsas gündəm mövzusuna və müzakirə predmetinə çevrilib, o cümlədən 15 Aprel tarixindən bəri hər axşam paytaxt Tbilisidə minlərlə insanın etiraza qalxmasına səbəb olub. Qeyri-hökumət təşkilatları, müxalifət partiyaları, Avropa İttifaqı və ABŞ "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini "Gürcü Arzusu" hökumətindən geri götürməyə çağırış edir və bunun ziyanlarının olacağını söyləyir. Hakimiyyət isə müvafiq qanun layihəsinin şəffaflığı təmin edəcəyini bildirir. Bununla belə müvafiq qanun layihəsi 2012-ci ildə Rusiyada qəbul edildiyi üçün hazırda Gürcüstanda bu qanun layihəsinin əleyhdarları müvafiq qanunu "Rus qanunu" adlandırır və bu şüarla artıq 4 gündür izdihamlı mitinqlər keçirilir.

Bəs "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi nədir və nələri nəzərdə tutur?

Aktual.ge Xəbər Portalı həmin qanun layihəsinin məzmunnu təqdim edir:

Qanunlayihəsində “xarici güc” termini təqdim edilib. Buna xarici və ya beynəlxalq hüquq əsasında yaradılmış fond, assosiasiya, korporasiya, ittifaq və s. daxildir. Qanun layihəsində “Xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” ifadəsi də yer alır.

Qanun layihəsinə əsasən, bu tərif aşağıdakılara tabe olacaq:

İllik gəlirinin 20%-dən çoxunu “xarici gücdən” əldə edən (QHT) qeyri-kommersiya hüquqi şəxs;

İl ərzində əldə etdiyi ümumi gəlirin 20%-dən çoxunu xarici dövlətdən əldə edən yayımçı (Bura sponsorluqdan, telemağazadan və ya mediada yerləşdirilmiş kommersiya reklamından əldə edilən gəlir daxil deyil);

Gürcüstanda fəaliyyət göstərən nəşr və ya internet kütləvi informasiya vasitələrinə malik olan və il ərzində əldə etdiyi gəlirin 20%-dən çoxunun mənbəyi xarici dövlət olan hüquqi şəxs.

Qeydiyyat və bəyannamə təqdim etmək öhdəliyi:

Qanun layihəsi xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan keçmək öhdəliyini müəyyən edir;

Subyekt xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan keçmək üçün ərizə ilə dövlət reyestrinə müraciət etməli olacaq;

Belə bir təşkilat kimi qeydiyyatdan keçmiş qurum maliyyə bəyannaməsini təqdim etməyə məcburdur;

Onların arasında bəyannamədə -  məbləğin və digər maddi vəsaitlərin mənbəyi, təyinatı haqqında məlumatlar əks olunmalıdır;

Agentlik Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsinin lazımi məlumatları, o cümlədən şəxsi məlumatları axtarmaq hüququna malik olduğu bəyannaməni öyrənəcək.

Monitorinq mümkünlüyü:

Xarici dövlətin maraqlarını həyata keçirən təşkilatı müəyyən etmək və ya bu qanunun tələblərindən hər hansı birinin yerinə yetirilməsini yoxlamaq məqsədilə Ədliyyə Nazirliyinə məsələnin istənilən yerində “lazımi araşdırma” və tədqiq-monitorinq aparmaq səlahiyyəti verilir.

Monitorinqin başlanması üçün əsaslar:

Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı;

Xarici dövlətin maraqlarını təmsil edən konkret təşkilata müvafiq istinadı ehtiva edən Ədliyyə Nazirliyinə təqdim edilmiş yazılı bəyanat;

Eyni subyektin monitorinqinə 6 ayda bir dəfə icazə verilir. Monitorinq prosedurunu Ədliyyə naziri müəyyən edir.

Monitorinqlər nəticəsində hər hansı subyektin qeydiyyatdan yayınması aşkar olunarsa, nazirliyin müraciəti əsasında Agentlik onu qeydiyyata alır.

Cərimələr:

Xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyatdan yayınma və ya bəyannaməni müəyyən edilmiş müddətdə təqdim etməmə - 25 000 lari məbləğində cərimə ilə nəticələnəcək;

Müraciətin Agentliyə təqdim edilməməsi, ərizə və bəyannamədəki qüsurun aradan qaldırılması üçün verilən müddətin pozulması - 10 000 lari məbləğində cərimə ediləcək;

Bir ay ərzində eyni hərəkəti etmək 20 000 lari məbləğində cərimə ilə nəticələnəcək.

Məlumat üçün bildirək ki, sözügedən qanun layihəsinin ikinci 29 aprel tarixində baş tutacaq.

ŞƏRH YAZ
7