Aprelin 22-ə qədər gözlənilən hava şəraiti - RƏSMİ
19.04.2024 16:20
741
Maraqlı
A
Aprelin 22-ə qədər gözlənilən hava şəraiti - RƏSMİ

Aprelin 20-22-də Gürcüstanın bəzi rayonlarında isti fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Aprelin 20-də Qərbi Gürcüstanda havanın temperaturu yenidən +30, +35 dərəcəyə qədər yüksələcək, sonrakı günlərdə isə nisbətən aşağı düşəcək.

Aktual.ge xəbər verir ki, bununla Milli Ətraf Mühit Agentliyi 20-22 aprel tarixlərinə olan rəsmi hava proqnozunu açıqlayıb.

Tbilisidə istilər fonunda şimşək çaxacaq qısamüddətli yağış yağa bilər. Havanın temperaturu gündüz +26, +28 dərəcə təşkil edəcək.

Ölkənin sahil bölgəsində - Batumi, Kobuleti, Anakliya və Potidə isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Aprelin 20-də havanın temperaturu gün ərzində +31, +33 dərəcəyədək yüksələcək, sonrakı günlərdə isə nisbətən aşağı enəcək.

Rustavi, Bolnisi, Marneuli və Qardabanidə isti və yağmursuz hava şəraiti gözlənilir. İstilər fonunda bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı da ehtimal edilir. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +27, +29 dərəcə təşkil edəcək.

ŞƏRH YAZ
0