DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib
19.04.2024 16:30
249
Siyasət
A
DTX Rusiyanın Abxaziyada inşa etdiyi limanla bağlı xəbərdarlıq edib

Rusiya Oçamçiredə hərbi dəniz limanı inşa edərsə, Abxaziyadan Qara dənizin hərbi-strateji nəzarəti üçün əlavə rıçaq kimi istifadə edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin parlamentə təqdim etdiyi 2023-cü il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, Oçamçirenin su sahəsinin kiçik olması və hazırkı infrastruktur şərtləri nəzərə alındıqda limandan Rusiya donanmasının irihəcmli hərbi gəmiləri üçün istifadə edilməsi ehtimalı yoxdur. Əlavə olunub ki, 2023-cü il ərzində limanda və onun ətrafında vacib infrastruktur işlərinin aparılması müşahidə edilməyib.

ŞƏRH YAZ
1