Kateqoriyalar
"Cənab baş nazir Kobaxidze, Almaniya səfiri bizim kanslerdən düzgün sitat gətirdi! Sizi əmin etmək istəyirəm ki, Almaniya Bundestaqının mütləq əksəriyyəti "Xarici agentlər haqqında qanuna" qəti şəkildə qarşı çıxır".
Aktual.ge xəbər verir ki, bu sözlərlə Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə müraciət edib.
“Xahiş edirəm, qanun layihəsini geri götürün! Avropa dəyərlərimizi nümayiş etdirən gürcü xalqı ilə tam həmrəyik”, - deyə Mixail Rot sosial şəbəkədə yazıb.