Baş nazir: Milli Yığmaya ayrılan 850 min lari mükafat 3 milyon lariyə yüksələcək
20.05.2024 11:27
491
İdman
A
Baş nazir: Milli Yığmaya ayrılan 850 min lari mükafat 3 milyon lariyə yüksələcək

Avro2024 çempionata gedən Gürcüstan futbol komandasının mükafatı 850 min laridən 3 milyon lariyə yüksələcək.

Aktual.ge xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Baş nazir İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, sözügedən qərar Mədəniyyət və İdman Nazirliyi ilə birgə qəbul edilib.

“Bildiyiniz kimi, çempionatda iştirak etmək üçün milli komandalara 850 min lari mükafat verilir. Biz Mədəniyyət və İdman Nazirliyi ilə müzakirə etdik və mükafatı 3 milyon lariyə qədər artırmaq qərarına gəldik. 3 milyon lari ayrılacaq, bu gün bu fərmana baxılacaq və biz sizin dəstəyinizə ümid edirik”, - deyə hökumət başçısı qeyd edib.

ŞƏRH YAZ
5