
Kateqoriyalar
Bu gün Gürcüstanda 2023/2024-cü dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.
Aktual.ge xəbər verir ki, Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib.
“Sizi fürsətlər və macəralarla dolu bir il gözləyir. Əminəm ki, siz gələcəkdə daha da məsuliyyətlə biliklərinizi daha da dərinləşdirəcəksiniz. Siz Gürcüstanın inkişafı və tərəqqisi üçün möhkəm zəmin yaradan nəsilsiniz. İnanıram ki, hər biriniz arzuladığınız peşəyə yiyələnib, məktəbdə aldığınız təhsildən, imkanlarınızdan ölkəmizin çiçəklənməsi və tərəqqisi naminə istifadə edəcəksiniz”. - Amilaxvari yazıb.
Qeyd edək ki, Marneulidə 1215 nəfər məktəbi bitirib.