
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onunla birgə olan nümayəndə heyətinin faciəli şəkildə həyatlarını itirməsi ilə bağlı Marneuli mərkəzi İmam Əli əleyhissalam məscidi baş sağlığı bəyanatı verib.
Marneuli mərkəzi Məscidindən Aktual.ge xəbər portalına verilən məlumatı olduğu kimi təqdim edirik:
"Hamımızın bildiyimiz kimi, İran İslam Respublikasının Prezidenti Ayətullah İbrahim Rəisi və onunla birlikdə olan nümayəndə heyəti dünən bu ölkənin şərqi-Azərbaycan bölgəsində qəzaya uğrayaraq həyatlarını itiriblər. Bu kədərli hadisə ilə bağlı Marneuli mərkəzi həzrəti İmam Əli əleyhissalam Məscidi və onun axundu Hacı Hacıyev, eləcə də Şurasının adı ilə İran İslam Respublikasının ali məqamlı rəhbəri Ayətullah seyid Əli Xameneyi həzrətlərinə və bu ölkənin əziz xalqına dərin hüzünlə baş sağlığı veririk. Qəzada həyatını itirinlərə Allahdan rəhmət, ailələrinə isə səbr diləyirik. Ümüd edirik ki, tezliklə baş verən hadisənin təfərrüatları müəyyən olunacaq".