Almaniyada keçiriləcək Avropa çempionatında Gürcüstan millisinin oyunlarına qatılmaq üçün dövlət təyyarə biletlərinə subsidiya verəcək.
Aktual.ge xəbər veirr ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında müvafiq qərarı açıqlayıb.
O bildirib ki, milli yığmanın matçlarını izləmək üçün Almaniyaya gedəcəklər olanlar üçün çarter reysləri də planlaşdırılır.
Baş nazirin sözlərinə görə, ikitərəfli biletin qiyməti 390 avro olacaq və 3 min azarkeş onu ala biləcək.
“İyunun 18, 22, 26-da Gürcüstan millisinin müvafiq yarımqrupda oyunları keçiriləcək və bu matçlara mümkün qədər çox gürcü azarkeşin qatılması çox vacibdir. Bunun üçün səyahəti daha ucuz və asanlaşdırmaq vacibdir. Buna uyğun olaraq tədbir gördük.
Dotasiyalı çarter reysləri planlaşdırılıb, müntəzəm uçuşlar da subsidiyalaşdırılır. Bu uçuşlar matç tarixlərinə uyğunlaşdırılacaq. Almaniyanın Dortmund, Hamburq, Köln və Düsseldorf şəhərlərinə birbaşa uçuşlar həyata keçiriləcək. Ümumilikdə 3000 azarkeş güzəştli bilet ala biləcək. Tbilisi Beynəlxalq Hava Limanından 2000-ə yaxın, Kutaisi Beynəlxalq Hava Limanından isə 1000-ə yaxın azarkeş birbaşa reyslə təmin olunacaq. Subsidiya ilə bir tərəfli uçuşun qiyməti 195 avro olacaq, ona görə də iki tərəfli uçuşun qiyməti 390 avro olacaq. Azarkeş özü səyahət cədvəlini qura biləcək, 1, 2 və ya 3 matçda iştirak edə biləcək və çeviklik əldə edəcək. Bu biletləri Gürcüstan vətəndaşları, futbol matçına bilet almış vətəndaşlar ala biləcəklər. Aviabiletləri alarkən müvafiq matç bileti təqdim edilməlidir. Biletlər müvafiq elektron platformada həftənin sonuna qədər satışa çıxaracağıq" , - deyə İrakli Kobaxidze bildirib .