Baş nazir Prezidentin vetosuna belə reaksiya verdi
20.05.2024 12:23
708
Siyasət
A
Baş nazir Prezidentin vetosuna belə reaksiya verdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilinin “xarici təsir” qanununa veto qoyaraq müzakirə üçün bütün imkanları bağladığını deyib.

Aktual.ge verir ki, o, bu barədə hökumətin iclasında söyləyib.

Baş nazir bildirib ki, Gürcüstanın tərəfdaşları veto prosedurlarını mövqelərin uzlaşdırılması üçün istifadə etmək niyyətində olub, lakin Zurabişvili qanunu kobud surətdə veto edərək sağlam müzakirələr üçün bütün imkanları bağlayıb.

Kobaxidze əlavə edib ki, Gürcüstanda keçirilən sosial sorğuların nəticəsinə görə, ölkə əhalisinin 60%-dən çoxu qanun qəbul edilməsini dəstəkləyir.

Xatırladaq ki, Prezident Salome Zurabişvili mayın 18-də mübahisəli "Xarici təsirin şəffaflığı" qanun layihəsinə veto qoyub. Bundan başqa o, Fransa Prezidenti Emmanuel Makrona etirazlar fonunda Gürcüstana gəlməsi üçün müraciət edib.

ŞƏRH YAZ
13