
"Xaricilərin xarici şəffaflıq haqqında qanuna həddindən artıq müdaxiləsi bizə bir şeyi göstərir ki, bu qanun ən gürcü qanunlarından biridir".
Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib
Prezident Salome Zurabişvilinin "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə veto qoymasına da münasibət bildirən spiker deyib ki, o, gürcü xalqını ələ salır və konstitusiyanın əleyhinə hərəkət edir.
Şalva Papuaşvili konkret olaraq qeyd edib ki, Parlament Prezidentin vetosunun öhdəsindən gələcək.
Xatırladaq ki, 14 may tarixində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda Parlament çoxluğu qəbul edib. 18 May tarixində Prezident Salome Zurabişvili "Xarici təsirin şəffaflığı haqqında" qanuna qoyub.