Ağır yol qəzası: 2 ölü
20.05.2024 14:44
1019
Hadisə
A
Ağır yol qəzası: 2 ölü

İki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.ge xəbər verir ki, hadisə Zuqdidi-Mestiya birləşdirici yolunda qeydə alınıb.

Məlumata görə, Etseri kəndi ərazisində avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb. Avtomobildə olan iki qardaş dünyasını yerindəcə dəyişib.

Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində hər iki meyit tapılaraq evə aparılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Mülki Məcəllənin 276-cı maddəsinin 8-ci hissəsi ilə araşdırma aparılır.

ŞƏRH YAZ
4