Gürcüstanda tələbələrin təşkil etdiyi
20.05.2024 15:12
268
Siyasət
A
Gürcüstanda tələbələrin təşkil etdiyi "Tələbə etirazı həftəsi" başlayır

Gürcüstanda tələbələrin "Xarici təsirin şəffaflığı" qanununa qarşı təşkil etdiyi etiraz həftəsi başlayır.

Aktual.ge xəbər verir ki, tələbə etiraz həftəsi çərçivəsində bu gün, mayın 20-də saat 18:00-da ilk yürüş keçiriləcək.

Müxtəlif universitetlərin tələbələri bu gün iki yerdə - Tibb Universitetinin həyətində və Tsereteli metrostansiyasında toplaşacaqlar. Yekun yer hələ məlum deyil, aksiya təşkilatçılarının dediyinə görə, son yer yürüş zamanı elan olunacaq.

“Tələbələr bizim mövqeyimizi tətillə artıq təsdiqləyiblər. Bununla belə, son hədəfə qədər dayanmaq fikrində deyilik, hərəkətə davam edəcəyik. Biz hər etirazdan bir gün əvvəl faktiki yerləri elan edəcəyik. Sizə genişmiqyaslı və keyfiyyətcə yeni etiraz vəd edirik, əlavə təfərrüatları bilərəkdən açıqlamırıq”, - məlumatda deyilir.

Aksiyanın təşkilatçıları aşağıdaki ali təhsil ocaqlarının bir qrup tələbələridir:

Tbilisi Dövlət Univeristeti,

Avropa gələcəyi üçün tələbələr,

Qafqaz Universiteti tələbə hərəkatı,

GİPA tələbə hərəkatı,

Biznes və Texnologiya Univeristetinin tələbələri.

ŞƏRH YAZ
1