Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Netanyahunun həbsinə order verilməsini istəyib
20.05.2024 17:26
380
Siyasət
A
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Netanyahunun həbsinə order verilməsini istəyib

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin Baş naziri Binyamin Netanyahu, müdafiə naziri Yoav Qalanti və HƏMAS hərəkatının 3 lideri - Yahi Sinvar, Muhammed Deifa və İsmayıl Hani haqqında həbs orderinin verilməsini istəyib.

Aktual.ge xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Prokurorun bəyanatında qeyd edilib ki, Netanyahuvə Galant ən azı 8 oktyabr 2023-cü ildən Qəzza zolağında törədilən insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırlar. 

O, hər iki israilli məmuru “insanlıq əleyhinə və hərbi cinayətlər törətməkdə” ittiham edib. 

Bundan əlavə, prokurorun bəyanatında qeyd olunub ki, istintaqın “HƏMAS” liderlərinin 2023-cü il oktyabrın 7-də İsrail ərazisində və Qəzza zolağında insanlığa qarşı cinayətlər törətdiklərini düşünməyə əsasları var.

Məlumata görə, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri sübutların həbs qərarı vermək üçün kifayət olub-olmadığına qərar verməsi həftələr və ya aylar çəkə bilər.

ŞƏRH YAZ
0