Qohum evliliklərinin əsas fəsadları nələrdir? -VİDEO
20.05.2024 19:27
540
Siyasət
A
Qohum evliliklərinin əsas fəsadları nələrdir? -VİDEO

Qohum evliliyi məsələsi daim cəmiyyətdə müzakirə və mübahisə yaradan mövzulardan biridir. Qan bağı olan insanların evliliyi gələcək nəsildə bir sıra fəsadların meydana çıxmasına səbəb olur. Şəxslər arasındakı qan bağının yaxınlıq dərəcəsi artdıqca fəsadların meydana çıxma riski də böyüyür.Hər il ölkəmizdə neçə-neçə insan yaxın qohumu ilə ailə qurur və bunun fəsadlarını yaşamalı olur.

Belə nikahların baş verməsi bir çox hallarda sağlamlıq imkanları məh­dud uşaqların dünyaya gəlməsinə və nə­ticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Məsələ ilə bağlı Aktual.ge xəbər portalına danışan Mama-ginekoloq Paata Xoluaşvili bildirib ki, dünyada qüsurlu doğulan körpələrin böyük qismi qohum evliliklərin payına düşür.

Qan qohumları arasında bağlanmış nikahlar nəticəsində dünyaya gələn uşaqlarda ən çox rast gəlinən xəstəliklər: 

Sinir sisteminin, eşitmə qabiliyyətinin pozulması; 

Dayaq və hərəkət aparatının pozulması;

Qan xəstəlikləri (talassemiya, hemofiliya və s.);

Anadangəlmə psixi və fiziki inkişafda çatışmazlıqlar;

Tənəffüs orqanlarının xəstəliyi (astma, sinəgir xəstəliyi, təngənəfəslik və s.).

Ətraflı hazırladığımız siujeti təqdim edirik: 

ŞƏRH YAZ
1