Kateqoriyalar
Marneulinin Rustaveli küçəsində yerləşən Meriyaya bağlı inzibati binada yanğın baş verib.
Aktual.ge xəbər verir ki, yanğın binanın zirzəmisində baş verib.
İddialara görə, yanğın elektrik cərəyanından baş verən qısaqapanma nəticəsində meydana gəlib.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub, yanğının lokallaşdırıla işləri davam edir.
Hazırda hadisə yerinə təcili tibbi yardım və polis cəlb olunub.