DİQQƏT! Hökumət Tbilisi, Kutaisi və Batumidə açıq havada maska taxmağı qətiyyətlə tövsiyə edir
23.10.2020 12:03
292
Sağlamlıq
A
DİQQƏT! Hökumət Tbilisi, Kutaisi və Batumidə açıq havada maska taxmağı qətiyyətlə tövsiyə edir
"Hökumət qoruyucu maskaların Tbilisi, Kutaisi və Batumidə də açıq yerlərdə taxılmasını qətiyyətlə tövsiyə edir". Aktual.ge xəbər verir ki, bunu Hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili İdarələrarası Koordinasiya Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. "Hazırki epidemioloji vəziyyət Tbilisi, Kutaisi və Batumi şəhərlərində, xüsusən də məsafəni qorumağın mümkün olmadığı yerlərdə maska taxmağı tələb edir. Buna müvafiq xidmətlər - Daxili İşlər Nazirliyi və Əmək Müfəttişliyi nəzarət edəcəkdir. Ümid edirəm ki, polis mənbələrindən köməyə ehtiyac qalmayacaq və vətəndaşlarımız verilmiş tövsiyyələrə əməl edəcəklər. Zəhmət olmasa açıq yerlərdə də cərimələnməyəsiniz deyə əlinizdən gələni edin və maska taxın. Maska və məsafə saxlamaq virusun yayılmağının qarşısını ala biləcək yeganə çıxış yoludur", - deyə N.Mezvrişvili qeyd edib.
ŞƏRH YAZ
2