Baş epidemioloqdan qorxunc açıqlama -
23.10.2020 12:28
719
Sağlamlıq
A
Baş epidemioloqdan qorxunc açıqlama - "Gürcüstan qırmızı zonaya keçib"
"Gürcüstan artıq narıncı zonadan qırmızı zonaya keçib". Aktual.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri və baş epidemioloq Amiran Qamkrelidze koronavirusla bağlı İdarələrarası Kordinasiya Şurasının iclasından sonra keçirdiyi brifinqdə ifadə edib. "Son iki həftədəki məlumatlara görə, onsuz da hər 100.000 əhaliyə 26.000 infeksiya nisbətimiz var. Bu səbəbdən daxili "işıqfor"umuza görə narıncıdan qırmızı regiona keçdik. Bunu tam əminliklə təsdiqləyə bilərəm, lakin Avropa Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən hesablanan məcmu nisbət olan ikinci göstəricidə biz artıq 300-ü keçmişik. Bu gün hər 1 milyon əhaliyə 213-214 min test düşür. Gündəlik isə bu rəqəm 9-10 min arasında dəyişir. Biz nə çaxnaşmaya düşməyəcəyik nə də sakitləşməyəcəyik. Rəqəmlərdə artım olacaq və bu bir müddət davam edəcək. Hesablamalarımıza görə Noyabr ayının ikinci və ya üçüncü həftəsində yoluxmanın pik nöqtəsinə çatacağıq", - deyə Amiran Qamğrelidze qeyd edib.
ŞƏRH YAZ
3