Zuqdididə silahlı şəxslər yanacaq doldurma məntəqəsini qarət ediblər
23.10.2020 14:15
308
Kriminal
A
Zuqdididə silahlı şəxslər yanacaq doldurma məntəqəsini qarət ediblər
Zuqdididə "BP" yanacaqdoldurma məntəqəsi qarət edilib. Aktual.ge MtavariTv-yə istinadən xəbər verir ki, hadisə dünən - 22 oktyabr gecəsi baş verib. Əldə edilmiş məlumata əsasən, silahlanmış iki nəfər maskalı şəxs hadisə yerinə gələrək 1500-3000 lari arasında pulu götürüblər. Cinayətkarlar yanacaqdoldurma məntəqəsini qarət etməzdən əvvəl taksi sürücüsünə qarşı da qarət hadisəsi törədiblər. Mövcud qarət hadisəsində diqqət çəkən bir məqam isə, yanacaq doldurma məntəqəsini qarət edən şəxslər əvvəlcə oğurladıqları avtomobili 21 oktyabr tarixində Zuqdididə "Gürcüstan Bankı"nı qarət etməkdə günahlandırılan şəxsin itdiyi Kolxida kəndində tərk ediblər. Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar soyğunçuluq maddəsi ilə istintaqa başlayıb.
ŞƏRH YAZ
3