Gürcüstanda Qurban bayramı davam edir
17.06.2024 00:53
658
Din
A
Gürcüstanda Qurban bayramı davam edir

Gürcüstanda Qurban bayramı davam edir.

Aktual.ge xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 17-ə təsadüf edir.

Bu gün ölkənin Kvemo Kartli bölgəsində və digər bir sıra bölgələrindəki məscidlərində Qurban bayramı namazı qılınacaq.

Bayram namazı Marneuli mərkəzi həzrəti İmam Əli əleyhissalam məscidində saat 8:30-da əda ediləcək.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Gürcüstan Müstəqilliyini əldə etdiyindən bəri Qurban bayramı ölkədəki müsəlmanlar tərəfindən hər il qeyd olunur.

ŞƏRH YAZ
1