QMİ Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib - FOTO
17.06.2024 00:56
370
Din
A
QMİ Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib - FOTO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda aksiya keçirib.

Aktual.ge xəbər verir ki, aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Aksiya çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş qurbanlar Tbilisi, Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Laqodexi rayonlarından olan yüzlərlə ailəyə paylanılıb.

QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov AZƏRTAC-a müsahibəsində deyib ki, xalqımızın dini və milli bayramları ərəfəsində aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar göstərmək ənənə halı alıb. Qurban bayramı münasibətilə də Gürcüstanın müxtəlif bölgələrində 500-ə yaxın ailəyə Qurban payı verilib.

QMİ-nin digər nümayəndəsi Sabir Musayev isə bildirib ki, bu cür aksiyalar davamlı olacaq. Onun sözlərinə görə, soydaşlarımız bu yardımı yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və QMİ-yə minnətdarlıq ediblər.

ŞƏRH YAZ
1