Sanksiyalar və vizasız gediş-gəlişin dayandırılması - Aİ Gürcüstanla bağlı nələri nəzərdən keçirir?
17.06.2024 07:41
1238
Siyasət
A
Sanksiyalar və vizasız gediş-gəlişin dayandırılması - Aİ Gürcüstanla bağlı nələri nəzərdən keçirir?

"AzadlıqRadiosu" Avropa Komissiyası Gürcüstanda siyasi vəziyyətin yaxşılaşmadığı təqdirdə Avropa İttifaqının ata biləcəyi addımların əks olunduğu sənəd əldə edib.

Aktual.ge xəbər verir ki, həmin sənədə əsasən, Gürcüstan hökumət nümayəndələrinə şəxsi sanksiyalar, maliyyə yardımının dayandırılması və ekstremal hallarda vizasız gediş-gəlişin müvəqqəti dayandırılması daxildir.

Belə ki, həmin sənəd mayın 27-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən hazırlanıb.

Sənəd bir tərəfdən qısamüddətli tədbirləri, digər tərəfdən də gələcəkdə Gürcüstanda vəziyyətin müsbətə doğru dəyişmədiyi təqdirdə atılacaq addımları nəzərdə tutur.

Birinci kateqoriyaya həm Brüsselin, həm də Aİ-nin ayrı-ayrı üzv dövlətlərinin dərhal görə biləcəyi tədbirlər daxildir.

Qısamüddətli tədbirlərə aşağıdakılar daxildir:

-Aİ və üzv dövlətlər tərəfindən yüksək səviyyəli ikitərəfli səfərlərin, görüşlərin və tədbirlərin ləğvi (ilk növbədə dövlət və hökumət başçıları və nazirlərlə görüşlər nəzərdə tutulur)
-Hökumətə birbaşa fayda verən maliyyə yardımının dayandırılması və onlar üçün gələcək maliyyə yardımı ilə bağlı müzakirələrin dayandırılması
Vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyin gücləndirilməsini nəzərdə tutan maliyyə yardımı portfelinə yenidən baxılması (regional yardıma şamil edilmir)
- Avropa sülh siyasəti çərçivəsində müdafiə və təhlükəsizlik üçün ayrılan 30 milyon avroluq yardımın dondurulması

Sənədə əsasən, Gürcüstanda vəziyyətin daha da pisləşməsi halında, bir tərəfdən “dinç etirazçılara qarşı zorakılıq”, digər tərəfdən isə “seçki prosesində ciddi pozuntular” qeydə alınara daha sərt tədbirlər görülə bilər

Həmin sərt tədbirlər aşağıdakilərdir:

- Aİ-yə üzv dövlətlərə Gürcüstan hökumətinin nümayəndələri və diplomatları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə tövsiyə verilməsi;
- İnsan hüquqlarının ciddi pozuntularında iştirak edən şəxslərə və qurumlara qarşı məhdudlaşdırıcı tədbirlər (sanksiyalar);
- Siyasi səviyyədə Gürcüstanla dialoqun daha da dayandırılması;
- Maliyyə yardımının yenidən nəzərdən keçirilməsi, əlavə büdcə yardımının dayandırılması və vəsaitlərin başqa istiqamətlərə yönəldilməsi;
- Ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində yardımın daha da dayandırılması.

Vəziyyətin "əhəmiyyətli dərəcədə pisləşdiyi" halda, sənəd viza rejiminin liberallaşdırılması və genişləndirilməsi baxımından potensial tədbirləri nəzərdən keçirir.

Avropa Komissiyası Gürcüstana vizasız gediş-gəlişin 9 ay müddətinə dayandırılmasını ekstremal hal kimi nəzərdən keçirir. “AzadlıqRadiosu"nun əldə etdiyi sənədə görə, Avropa Komissiyası vizasız gediş-gəlişin dayandırılmasının Gürcüstanın avropapərəst əhalisi üçün mənfi nəticələr verəcəyini dərk edir. Buna görə də, Komissiyanın fikrincə, Şengenə xüsusi şəxslərin girişinin məhdudlaşdırılmasına diqqət yetirmək daha yaxşıdır:

- Gürcüstan hökumətinin nümayəndələri və diplomatlar üçün vizasız rejimin müvəqqəti dayandırılması ilə bağlı üzv dövlətlərə tövsiyənin verilməsi;
insan hüquqlarının ciddi şəkildə pozulmasında iştirak edən şəxslərə və orqanlara qarşı məhdudlaşdırıcı tədbirlər (sanksiyalar);
- Gürcüstanla siyasi səviyyədə dialoqun daha da dayandırılması;
Maliyyə yardımının daha da nəzərdən keçirilməsi, əlavə büdcə yardımının dayandırılması və vəsaitlərin daha da yönləndirilməsi;
- Ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində yardımın daha da dayandırılması.

ŞƏRH YAZ
1