Baş nazir müsəlmanları Qurban bayramı münasibətilə təbrik edir
17.06.2024 09:55
228
Siyasət
A
Baş nazir müsəlmanları Qurban bayramı münasibətilə təbrik edir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Bu barədə Aktual.ge Xəbər Portalına Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Hökumət təbrik mesajında qeyd edib ki, müsəlman icması Gürcüstanın tarixinin, mədəniyyətinin və bu gününün tərkib hissəsidir.

“Gürcüstanın müsəlman vətəndaşlarını sülh, harmoniya, ümid və xeyirxahlığın qələbəsi bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Müsəlman icması Gürcüstanın tarixinin və mədəniyyətinin, bu gününün ayrılmaz hissəsidir. Siz öz əməyinizlə, ölkəyə sədaqətinizlə vətənimizin tərəqqisinə əvəzsiz töhfələr verirsiniz. Ona görə də sizin sevinciniz hər birimizin sevincidir.

Bu gün ailələrinizdə olan bayram əhval-ruhiyyəsinə qoşulur, sizə əmin-amanlıq və firavanlıq arzulayıram”, - Baş nazirin təbrikində deyilir.

ŞƏRH YAZ
8