Qurban bayramı namazından sonra millət vəkili diqqətçəkən mesajlar verdi - FOTO/VİDEO
17.06.2024 12:48
515
Siyasət
A
Qurban bayramı namazından sonra millət vəkili diqqətçəkən mesajlar verdi - FOTO/VİDEO

Bu gün, 17 iyun Marneuli Bələdiyyəsinin mərkəzi Hz. Əli (ə.s) Məscidində Qurban bayramı namazı qılınıb. 

Aktual.ge xəbər verir ki, sözügedən məsciddə səhər saat 08:30-da imam cümə Hacı Hacıyevin imamlığında bayram namazı əda edilib.

Namazdan sonra Qurban bayramının fəzilətindən və fəlsəfəsindən danışan Hacı Hacıyev kəsilən qurbanların qəbul olunmasını arzulayıb, ölkə və dünya müsəlmanlarını təbrik edib. 

O, Qurban və Ramazan bayramlarının Gürcüstanda rəsmi dini bayram günləri olaraq qeyd edilməsinin vacib olduğunu vurğulayıb. Millət vəkili bununla bağlı Parlamentə qanun layihəsi təklif etdiklərini diqqətə çatdırıb. Tariyel Nakaidze Gürcüstanda müsəlmanların heç bir bayramının rəsmi status daşımadığını və bunun diskriminasiya olduğunu ifadə edib.

"Biz müsəlmanları bu ölkədə kimsə ikinci dərəcəli görməməlidir. Biz bu ölkənin müsəlman vətəndaşlarıyıq. Biz ölkəyə vergi ödəyirik, amma təəssüf ki, bizlərin bayramları rəsmi status daşımır. Bununla bağlı parlamentə qanun layihəsi təqdim etmişik və cavab gözləyirik" , - deyən Tariyel Nakaidze müsəlmanları birliyə çağırıb.

Daha sonra şirniyyat süfrəsi açılıb. 

Qeyd edək ki, Marneuli İmam Əli (ə.s) Xeyriyyə Fondu bir sıra aztəminatlı ailələrə Qurban bayramı sovqatı paylayıb.

ŞƏRH YAZ
4