
Bu günkü parlament çoxluğu, bir çox baxımdan əvvəlki parlament çoxluqlarından fərqlidir, o cümlədən, bu, kompetensiyadır.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Gürcü Arzusu"nun seçki siyahısı ilə bağlı jurnalistin sualına cavab olaraq bildirib.
Baş nazir vurğulayıb ki, mövcud Parlament çoxluğunun üzvlərindən siyahıda qalmaq istəyən hər kəs bu siyahıda qalmalıdır.
“Parlament çoxluğuna gəldikdə, hesab edirəm ki, mövcud parlament çoxluğunun üzvlərindən siyahıda qalmaq istəyən hər kəs bu siyahıda qalmalıdır. Bu, komandanın ümumi mövqeyidir, komandanın hər bir liderinin mövqeyidir. Burada əlbəttə ki, fəxri sədr, partiya sədri, siyasi şuranın hər bir üzvü nəzərdə tutulur.
Bu günkü parlament çoxluğu seçilən komandadır və bu komandanın hər bir üzvünün qalmaq imkanı varsa, bu imkandan istifadə edilməlidir.
Cənab Bidzina İvanişvilinin mövqeyi belədir ki, bütün prinsipial qərarlar məsləhətləşmələr əsasında qəbul edilməlidir. Son 12 ildə Bidzina İvanişvili məhz bu prinsipə əməl edib. Siyahı ilə bağlı hələ məsləhətləşmələr başlamayıb. Bizdə siyahı kollegial qaydada, siyasi şuranın formatında müzakirə olunur. Buna görə də, hər kəs bu məsələnin müvafiq formatda müzakirəsini gözləməli və qərarlar məhz siyasi şura formatında qəbul ediləcəkdir”, - İrakli Kobaxidze deyib.