Gürcüstana pul köçürmələri azalıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat verib.
Məlumata görə, bu ilin may ayında Gürcüstana 284,308 mln. lari pul köçürülüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 27% azdır. 2023-cü ilin may ayında pul köçürmələri 390,240 milyon ABŞ dolları təşkil edib.
Gürcüstana may ayında ən çox pul köçürmələrinin aparıldığı on ölkəni təqdim edirik:
İtaliya - 48,120 milyon ABŞ dolları;
Rusiya Federasiyası - 48,105 milyon ABŞ dolları;
ABŞ - 47,220 milyon ABŞ dolları;
Yunanıstan - 22,003 milyon ABŞ dolları;
İsrail - 21,783 milyon ABŞ dolları;
Almaniya - 21,734 milyon ABŞ dolları;
Qazaxıstan - 11,340 milyon ABŞ dolları;
Türkiyə - 8,626 milyon ABŞ dolları;
İspaniya - 5,643 milyon ABŞ dolları;
İrlandiya - 5,316 milyon ABŞ dolları.