Rusiya Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı müraciəti təhlil edəcək
17.06.2024 17:40
729
Siyasət
A
Rusiya Gürcüstanla viza rejiminin ləğvi ilə bağlı müraciəti təhlil edəcək

Rusiya qurumları “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının Rusiya Prezidenti Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.

Aktual.ge verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düzünü desəm, mən bu müraciəti görməmişəm, əgər müraciət olubsa, biz bunu görəcəyik və təbii ki, bizim aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər”, - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın rus yönümlü "Sülh Naminə Həmrəylik" partiyasının beynəlxalq katibi Mamuka Pipia partiyanın qurultayında Vladimir Putinə müraciət edib. O, iki ölkə arasında viza rejiminin tamamilə ləğvini, əvvəllər onu pozmağa məcbur olmuş Gürcüstan vətəndaşlarına amnistiya verilməsini, həmçinin Gürcüstan vətəndaşlarının Rusiyada işlə təmin olunmasının sadələşdirilməsini xahiş edib.

ŞƏRH YAZ
12