Baş nazir:
17.06.2024 18:54
410
Siyasət
A
Baş nazir: "Qlobal Müharibə Partiyası Gürcüstanı şantaj etməkdə davam edir"

"Qlobal Müharibə Partiyası" Gürcüstanı şantaj etməkdə davam edir, baxmayaraq ki, bu gün danışıqların başlanması mövzusu şantaj aləti kimi tamamilə köhnəlib.

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə müsahibəsində söyləyib.

Baş nazirin sözlərinə görə, Qlobal Müharibə Partiyasında təmsil olunan təşkilatlar, insanlar, adlar ilə bağlı konkret məlumatlar var.

“Hər şey çox yaxşı olacaq. Bu günə qədər müxalifət nümayəndələrinin ümidləri necə puça çıxıbsa, gələcəkdə də elə puça çıxacaq. Müzakirələrin açılması məsələsinə gəldikdə isə, qanun layihəsinin irəli sürülməsindən əvvəl şans sıfır idi, indi isə 20-30% arasındadır. Biz dedik ki, 2030-cu ilə qədər Avropa İttifaqına üzv ölkə olmağı hədəfləyirik və bu məqsədə ardıcıl olaraq nail olmağa çalışırıq, amma hələ də şantaj davam edir. Əvvəllər bəzi qüvvələr bu şantajı namizədlik statusu ilə əlaqələndirirdi, indi isə müzakirələrin açılması ilə.

Bu Avropa İttifaqı deyil. Bu, təəssüf ki, Avropa İttifaqına təsir edən qlobal müharibə partiyasıdır. Qlobal müharibə partiyası Gürcüstana qarşı şantajını davam etdirir, amma bu gün müzakirələrin açılması mövzusu tamamilə köhnəlib və şantaj aləti kimi artıq dəyərsizdir. Buna görə də, bu məsələnin heç bir əhəmiyyəti yoxdur. Bizim qlobal müharibə partiyasının nümayəndələri ilə bağlı konkret məlumatlarımız var, o cümlədən Avropa parlament üzvləri və senatorlar. Dövlətin maraqları baxımından bu məlumatları açıqlamaq məqsədəuyğun deyil, amma namizədlik statusu ilə Gürcüstanı şantaj edənləri xatırlayırsınızmı? 2022-ci ilin iyununda Gürcüstana hər hansı bir arqumentsiz olaraq namizədlik statusu verilmədi. Bizi kim şantaj edirdi, Avropa İttifaqı? Xeyr, bu Avropa İttifaqı deyildi. Təəssüf ki, Avropa İttifaqına təsir edən bu qüvvələr idi" , - İrakli Kobaxidze deyib.

ŞƏRH YAZ
16