İlham Əliyev bir sıra ərazilərin işğaldan azad edilməsi ilə bağlı paylaşımlar edib
23.10.2020 17:36
289
Dünya
A
İlham Əliyev bir sıra ərazilərin işğaldan azad edilməsi ilə bağlı paylaşımlar edib
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ərazilərin işğaldan azad edilməsi ilə bağlı paylaşımlar edib. Aktual.ge xəbər verir ki, Azərbaycan Dövlət başçısı özünün rəsmi "Twitter" səhifəsindəki paylaşımlarda deyilir: “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
ŞƏRH YAZ
0