Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
23.10.2020 21:46
252
Dünya
A
Donald Trampın Dağlıq Qarabağla bağlı danışıqlarda iştirak etdiyi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp hazırda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üçün aparılan beynəlxalq danışıqlarda yaxşı irəliləyiş əldə olunduğunu güman edir. Aktual.ge-nin TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı danışıb. “Görək, nə baş verəcək. Hesab edirəm ki, həqiqətən yaxşı irəliləyiş var”, - deyə ABŞ Prezidenti qeyd edib. Eyni zamanda D.Tramp ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı hazırkı danışıqların iştirakçılarından biri olduğunu xatırladıb.
ŞƏRH YAZ
0