Tbilisidə
23.10.2020 22:51
617
Hadisə
A
Tbilisidə "City Mall"da evakuasiya elan edilib
Paytaxt Tbilisinin Saburtalo rayonunda yerləşən "City Mall" alış veriş mərkəzində (AVM) evakuasiya elan edilib. Aktual.ge məlumat verir ki, evakuasiya elan edilməsinə səbəb binanın 4-cü mərtəbəsində tüstü çıxması olub. Sözügedən AVM-nin mətbuat xidmətindən bildirilib ki, binanın dördüncü mərtəbəsində düman yayılıb, nəticədə ziyarətçilər və işçilər təxliyə edilməli olub. Tüstünün çıxmasında səbəbin hələ müəyyənləşdirilmədiyi qeyd olunub. Ticarət mərkəzinin əməkdaşları və ziyarətçiləri yanğının ticarət mərkəzinin qida satış məntəqələrindən birində baş verdiyi iddia edilir və bununla əlaqədar da binadan təxliyyə olunmaları istənilib. Yanğınsöndürənlər və patrul qrupları yerində işləyirlər. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
3