Villi Sanyol: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq
23.06.2024 00:44
640
İdman
A
Villi Sanyol: Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq

Gürcüstan böyük turnirdə qazanılan ilk xaldan həzz alacaq.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Çexiya ilə heç-heçə (1:1) etdikləri Avropa çempionatının qrup mərhələsinin II tur oyunundan sonra deyib.

"Bilirik ki, biz Avropa çempionu olmayacağıq. Fasilədə soyunub-geyinmə otağında hisslər qarışıq idi. Çünki qalibiyyət əldə etmək imkanımız oldu. Gürcüstan xalqı bu nəticəni özünəməxsus şəkildə qeyd edəcək", deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

ŞƏRH YAZ
5