23.10.2020 23:17
191
Siyasət
A
"Əhalinin maraqlarını qorumaq üçün intensiv olaraq işləməyə davam edəcəyik" – Qoqi Meşveliani
"Gürcü Arzusu”nun Bolnisi, Dmanisi, Tetriçğaro və Tsalka seçki dairəsi üzrə majoritar namizədi Qoqi Meşveliani Tetriçğaro əhalisi ilə görüşüb. Aktual.ge xəbər portalına bu barədə Qoqi Meşvelianinin mətbuat xidmətindən məlumat verilib. Seçki kampaniyası çərçivəsində Tetriçğaro bələdiyyəsinin Kldeisi, Aleksevka, Menkalis, Cvara, Didi İraqa, Patara İraqa, Ciqraşen, Dağetsa və Samşvilde kəndlərini ziyarət edən hakim komanda namizədi yerli əhalinin ehtiyac və problemlərini dinləyərək onlara həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib. “ Son illərdə bu yaşayış məntəqələrində mühüm layihələr həyata keçirilmişdir. Cvarada yaxın vaxtlarda yeni bir dövlət məktəbi binasının inşası və Samşvildedə bir neçə milyon lari dəyərində yol infrastrukturunun inşası başa çatacaq. Bununla birlikdə kəndlərdə içməli və suvarma suyu, qazlaşdırma, ərazilərin leqallaşdırılması və daxili su yolları kimi bir sıra problemlər qalmaqda davam edir. Buna görə də əhalinin maraqlarını qorumaq üçün intensiv çalışmağa davam edəcəyik”, - deyə Meşveliani bildirib.
ŞƏRH YAZ
1