Tbilisidə
23.10.2020 23:36
889
Siyasət
A
Tbilisidə "City Mall"da evakuasiya elanının səbəbi açıqlanıb
Tbilisidə Saburtalo rayonunda yerləşən "City Mall" ticarət mərkəzində insanların təxliyə elanının səbəbi açıqlanıb. Aktal.ge xəbər verir ki, ticarət mərkəzindən insanların təcili təxliyəsinə səbəb ticarətt mərkəzində yaranan qısa qapanma olub. Təcili Yardım Xidmətindən verilən məlumata görə, qısa qapanma ticarət mərkəzinin üçüncü mərtəbəsində baş verib. “Hazırda binada yanğın yoxdur. Vəziyyət təhlükəsizlik səbəbi ilə yoxlanılır. Təcili Xidmətin bir neçə briqadası hadisə yerinə cəlb olunub", - deyə Təcili Yardım Xidmətindən bildirilib. Qeyd edək ki, təxminən bir saat əvvəl Tbilisidə yerləşən "City Mall"da binanın 4-cü mərtəbəsində tüstü çıxması səbəbindən təhlükəsizlik məqsədi ilə binadan insanların evakuasiyası elanı verilimişdi.
ŞƏRH YAZ
2