Kvemo Kartlidə koronavirus infeksiyasi artır
24.10.2020 13:37
421
Sağlamlıq
A
Kvemo Kartlidə koronavirus infeksiyasi artır
Bu gün ölkədə qeydə alınan 1 941 yeni yoluxma halından 1034-ü paytaxt Tbilisidə, 107- isi isə Kvemo Kartlidə qeydə alınıb. Aktual.ge xəbər verir ki, bu barədə Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahı Sədrinin müavini Berdia Sicinava Hökumət İdarəsində keçirilən brifinqdə məlumat verib. B.Sicinava brifinqdə bölgələr üzrə bu günkü yoluxma statistikasını açıqlayıb. “Bu gün qeydə alınmış 1 941 yoluxma halından 1034-ü Tbilisidə, 320-i Acarıstanda, 258-i İmeretidə, 107-i Kvemo Kartlidə, 68-i Şida Kartlidə, 12-i Quriada, 49-u Sameqrelo-Zemo Svanetidə, 37-i Kaxetidə, 36-ı Mçxeta-Mtianetidə,18-i Samçxe-Cavaxetidə, 2-i isə Raca-Leçxumi və Kvemo Svanetidə qeydə alınıb”,-deyə Qərargah Sədri bildirib.
ŞƏRH YAZ
3