Batumidə Gəncə hadisələri yad edilib
24.10.2020 15:30
336
Siyasət
A
Batumidə Gəncə hadisələri yad edilib
Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini və dinc əhalini atəşə tutması nəticəsində həlak olanların xatirəsi Batumi şəhərində ehtiramla yad olunub. Mərasimdə Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-i və 17-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların xatirəsi yad edilib, hadisələri əks etdirən stend quraşdırılıb. Aktual.ge xəbər verir ki, yad etmə mərasimi oktyabrın 22-də Azərbaycanın Batumidə yerləşən baş konsulluğunun inzibati binası önündə keçirilib. Tədbirdə Azərbaycanın Batumidəki baş konsulluğunun əməkdaşları, Türkiyənin baş konsulu və konsulluğunun üzvləri, İranın baş konsulu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, Poti limanının Kulevi terminalının nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin və “Əli və Nino adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzi”nin üzvləri, Batumidə yaşayan Azərbaycan vətəndaşları və yerli sakinlər iştirak ediblər. Tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Gəncənin raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların faciəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu və oktyabrın 10-da humanitar atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin onu kobud şəkildə pozduğu barədə məlumat verilib. Gün ərzində Batumi şəhərində yaşayanAzərbaycanlılar, eləcə də yerli sakinlər konsulluğun binası qarşısına gələrək, guşənin önünə gül dəstələri düzüb, həlak olanların xatirəsinə dərin ehtiramlarını bildirib, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər.
ŞƏRH YAZ
0